«Azərbaycan Sənaye Bankı»nın daha iki filialı şənbə günləri fəaliyyət göstərəcək

«Azərbaycan Sənaye Bankı»nın daha iki filialı şənbə günləri fəaliyyət göstərəcək
# 10 yanvar 2011 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin Sumqayıt və Gəncə şəhərlərindəki filialları şənbə günləri də fəaliyyət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt və Gəncə filiallarında həftə içi saat 09:00-dan 17:45-dək, şənbə günləri isə saat 10:00-dan 15:45-dək müştərilərə hər növ bank xidmətləri göstəriləcək.

Burada müştərilərə valyuta konvertasiyası xidmətləri, sürətli pulköçürmə əməliyyatları, rabitə və kommunal ödənişlər, plastik kartlarla iş, həmçinin fərdi və biznes kreditləri təklif olunur.

Qeyd edək ki, bankın Bakıda yerləşən «ASB Park Bulvar» filialı fasiləsiz bank xidmətləri göstərir.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 129,950 mln. manat, depozit portfeli 79,110 mln. manat, kredit portfeli 74,439 mln. manat, nizamnamə kapitalı 22,114 mln. manat təşkil edib.

Bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı mövcuddur. Bankın aktiv plastik kart müştərilərinin sayı 17 min, cəmi müştərilərinin sayı isə 28 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR