«Paşa Sığorta» AFFA-nın rəsmi sığortaçısı seçilib

«Paşa Sığorta» AFFA-nın rəsmi sığortaçısı seçilib
# 11 yanvar 2011 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi sığortaçısı seçilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Paşa Sığorta» şirkətinin 2010-2011-ci illər üçün AFFA-nın rəsmi sığorta tərəfdaşı təyin edilməsi ilə bağlı artıq rəsmi razılaşma da imzalanıb.

AFFA-nın baş katibi Elxan Məmmədov və «Paşa Sığorta» şirkəti İdarə Heyətinin sədri Nofəl Rzayev tərəfindən imzalanan tərəfdaşlıq razılaşmasına əsasən, AFFA və Azərbaycanın futbol yığmasının əmlakı, nəqliyyat vasitələri, qəzalar və digər risklərin sığortalanması, AFFA-nın Azərbaycanda və xaricdə keçirdiyi reklam kampaniyalarında «Paşa Sığorta»nın fəal iştirakı, həmçinin AFFA-nın dəstəyi ilə həyata keçirilən xüsusi tədbirlərdə sığortaçının iştirak imkanı «Paşa Sığorta» şirkətinə verilib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 9 mln. manat nizamnamə kapitalı və 19 mln. manat aktivlə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. Hazırda şirkət 4 icbari və 26 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR