«Xalq Bank» yeni regional filial açıb

«Xalq Bank» yeni regional filial açıb
# 11 yanvar 2011 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin Qazax rayonunda filialı fəaliyyətə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, bankın sayca 10-cu regional filialıdır. Yeni filial regionun əhalisinə əmanətlər, müxtəlif növ kreditlər, hesablaşma-kassa və valyuta dəyişmə əməliyyatları, plastik kartlarla əməliyyatlar, təcili pul köçürmələri kimi bütün növ bank məhsullarından və xidmətlərdən faydalanmağı təklif edir.
Qeyd edək ki, hazırda «Xalq Bank»ın Bakıda və regionlarda 13 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Cari ilin sonuna kimi daha bir neçə filialın açılması planlaşdırılır.
Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR