Azərbaycanda nağd pul emissiyası ötən ilin yanvar-noyabr aylarında 780 mln. manata çatıb

Azərbaycanda nağd pul emissiyası ötən ilin yanvar-noyabr aylarında 780 mln. manata çatıb
# 11 yanvar 2011 11:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank sistemi vasitəsi ilə kassa mədaxilinin həcmi 2010-cu ilin yanvar-noyabr ayları üzrə 17 565,023 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kassa məxaricinin həcmi 18 348,768 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 14,1% çoxdur.

Beləliklə, mədaxil və məxaric üzrə kassa qalıqları nəzərə alınmaqla, ötən ilin 11 ayı ərzində bank sistemi vasitəsi ilə 779,816 mln. manat həcmində nağd pul emissiyası həyata keçirilib.

Müqayisə üçün bildirək ki, 2009-cu ilin müvafiq dövrü ərzində mədaxil məxaricdən yüksək olduğuna görə, emissiya baş verməyib və 319,7 mln. manat həcmində vəsait ehtiyat fonduna yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR