Çinin qızıl ehtiyatları ötən il 450 mlrd. dollar artıb

Çinin qızıl ehtiyatları ötən il 450 mlrd. dollar artıb
# 11 yanvar 2011 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin qızıl ehtiyatları ötən il 450 mlrd. dollar artaraq rekord səviyyəyə - 2,85 trln. dollara çatıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Çin Xalq Bankı açıqlama yayıb.

2010-cu ilin IV rübü üzrə artım da rekord səviyyədə olub - 119 mlrd. dollar. Bundan əvvəlki rekord göstərici (112,6 mlrd. dollar) oktyabrda qeydə alınıb. Çinin qızıl ehtiyatları yalnız keçən ilin may ayında kəskin azalıb - 51 mlrd. dollar.

Qeyd edək ki, Çin bir neçə ildir qızıl ehtiyatlarının həcminə görə dünya lideridir. İlk üçlüyü böyük fərqlə Yaponiya və Rusiya tamamlayır. Çinin ehtiyatlarının 65%-i ABŞ dolları, 26%-i avro, 5%-i funt-sterlinq, 3%-i isə Yaponiya yeni ilə ifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR