Azərbaycan Auditorlar Palatası auditorlar üçün keçirdiyi imtahanın nəticələrini açıqlayıb

Azərbaycan Auditorlar Palatası auditorlar üçün keçirdiyi imtahanın nəticələrini açıqlayıb
# 11 yanvar 2011 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası (AAP) auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar ötən ilin dekabr ayının 25-də keçirdiyi imtahanın nəticələrini açıqlayıb.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, imtahan komissiyasının hazırladığı protokola əsasən, imtahana buraxılan 10 şəxsin yalnız 7-si imtahanda iştirak edib, qalanları isə digər səbəblərdən imtahana qatılmayıb. Yeddi iştirakçı imtahandan uğurla keçib.

Bununla yanaşı bildirilir ki, imtahan komissiyasının hazırladığı digər protokolda isə auditor adı almaq üçün ötən ilin dekabr ayının 25-də keçirilən imtahanda 7 şəxsin iştirak etdiyi qeyd edilib. İştirakçılardan yalnız bir nəfəri imtahana gəlməyib. Qalan şəxslər imtahandan uğurla keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR