Azərbaycan Mərkəzi Bankının banklara tələbləri azalıb

Azərbaycan Mərkəzi Bankının banklara tələbləri azalıb
# 12 yanvar 2011 11:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı tələblərinin həcmi 2010-cu il dekabr ayının 1-nə 1,8 mlrd. manat təşkil edib. Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 34,3% artıb.

Eyni zamanda, noyabr ayında AMB-nin kommersiya banklarına tələbləri 21 mln. manat və ya 1,2% azalıb.

AMB-nin banklara tələblərin əsas hissəsini kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlər təşkil edir. Beləliklə, noyabr ayında Mərkəzi Bankın kommersiya banklarına likvidlik dəstəyi azalıb. Buna baxmayaraq, bu göstərici hələ də yüksək səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR