Almaniyada rekord iqtisadi artım qeydə alınıb

Almaniyada rekord iqtisadi artım qeydə alınıb
# 12 yanvar 2011 11:38 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya iqtisadiyyatı 2010-cu ilin yekunlarına əsasən 3,6% artıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Federal Statistika Bürosu açıqlama yayıb.

Bu, Almaniyanın birləşməsindən sonra qeydə alınan maksimal göstəricidir. İqtisadi artım həm xarici ticarət, həm də daxili tələbat hesabına baş verib. 2009-cu ildə kəskin azalma (22,6%) qeydə alınmış avadanlıq və maşınlara kapital qoyuluşu sahəsində artım 9,4% olub, əhalinin şəxsi xərcləri isə 0,5% artıb.

Ötən il Almaniyada ixracın həcmi 14,2%, idxal 13% artıb. Halbuki 2009-cu ildə bu göstəricilər müvafiq olaraq 14,3% və 9,4% olub.

Qeyd edək ki, Almaniya iqtisadiyyatı Avropanın ən böyük iqtisadiyyatı sayılır. 2009-cu ildə Almaniyada İkinci Dünya müharibəsindən bu yana ən böyük iqtisadi azalma (4,7%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR