Azərbaycanda nağd pulların dövretmə əmsalı azalıb

Azərbaycanda nağd pulların dövretmə əmsalı azalıb
# 12 yanvar 2011 12:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda nağd pulların dövretmə əmsalı 2010-cu ilin dekabrın 1-nə 7,3-ə bərabər olub. «APA-Economics»in hesablamalarına əsasən, ötən ilin yekunlarına görə, bu göstərici 0,9 bənd, 2008-ci ilin yekunlarına nisbətən isə 1,7 bənd azalıb.

Nağd pulların dövretmə əmsalı ölkədə istehsal edilmiş ÜDM-in milli valyutada olan nağd pul kütləsinə nisbəti kimi hesablanır və bir pul vahidinin hesabat dövrü ərzində neçə dəfə iqtisadiyyat və hesablamalarda dövr etməsini göstərir.

Dünya praktikasında nağd pulların dövretmə əmsalının 4-5 səviyyəsində olması məqbul hesab olunur ki, hələlik Azərbaycanda bu əmsal normadan yüksəkdir. Əmsal normaya yaxın olduğu halda ölkə iqtisadiyyatının nağd pula olan tələbatının təmin edildiyini göstərir. Digər tərəfdən bu, həmçinin ölkədə nağdsız hesablaşmaların kifayət qədər inkişaf etməsindən xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR