Dünyanın və Avropanın ən yaxşı Mərkəzi Bank rəhbərlərinin adı açıqlanıb

Dünyanın və Avropanın ən yaxşı Mərkəzi Bank rəhbərlərinin adı açıqlanıb
# 12 yanvar 2011 13:25 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Mərkəzi Bankının sədri Sergey İqnatyev “Avropanın ən yaxşı Mərkəzi Bank rəhbəri” elan olunub.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə “The Banker” maliyyə jurnalının yanvar sayında açıqlama yayılıb.

Jurnalın ekspertləri ötən ilin iyul ayında Rusiyada inflyasiyanın göstəricisinin 5,5%-ə enməsini müsbət qiymətləndiriblər. Bu, SSRİ-nin süqutundan sonra ən aşağı göstərici olub.

“Dünyanın ən yaxşı bank rəhbəri” isə Nigeriya Mərkəzi Bankının rəhbəri Lamido Sanusi olub. Sonrakı yerlərdə kanadalı Mark Karni, Sinqapurdan Henq Smi Kit və Səudiyyə Ərəbistanından Məhəmməd əl-Casser gəlir.

Dünyanın və Avropanın ən yaxşı maliyyə naziri isə müvafiq olaraq Pranab Mukerc (Hindistan) və Yurgen Liqi (Estoniya) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR