Azərbaycan Bank Tədris Mərkəzi yeni kursların siyahısını açıqlayıb

Azərbaycan Bank Tədris Mərkəzi yeni kursların siyahısını açıqlayıb
# 12 yanvar 2011 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bu ilin yanvar ayında keçiriləcək kursların siyahısını açıqlayıb.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, «Problemli kreditlərin idarə edilməsi» (yanvarın 17-19-da) mövzusu üzrə keçiriləcək kursda bir nəfərin iştirak haqqı 300 manat, «Hesabların açılması, aparılması və bağlanması» (yanvarın 22-29-da) mövzusu üzrə 200 manat, «Kreditin qiymətləndirilməsi» (yanvarın 24-26-da) mövzusu üzrə 300 manatdır.

Bundan başqa, Mərkəz CİPA beynəlxalq sertifikasiya proqramı çərçivəsində Sertifikatlaşdırılmış Mühasib Praktik (CAP) təlim kursları da təşkil edir. Belə ki, yanvarın 24-dən martın 5-dək «Maliyyə uçotu-1» mövzusu üzrə keçiriləcək kursda iştirak haqqı 800 manatdır. «Menecement uçotu-1» (24 yanvar - 5 mart) mövzusunda təşkil olunan kurslarda iştirak etmək istəyənlər 800 manat, «Vergi və hüquq» kursları üçün isə 700 manat ödəməlidir.

Qeyd edək ki, eyni şəxs CAP proqramı üzrə ikinci və ya üçüncü dəfə kurslarda iştirak edirsə, həmin şəxs üçün kursun qiymətində 25% güzəşt nəzərdə tutulur.

Xatırladaq ki, kurslar üzrə ödəniləcək məbləğlərə ƏDV daxil deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR