Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri üçün yeni proqram təminatı hazırlayıb

Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri üçün yeni proqram təminatı hazırlayıb
# 12 yanvar 2011 15:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) sifarişi ilə «Sığorta Nəzarət Sistemi» adlı proqram təminatı hazırlanaraq sınaqdan keçirilib.

DSNX-dən «APA-Economics»ə verilən məlumata görə, proqram təminatı sığortaçılar (təkrarsığortaçılar) tərəfindən təqdim olunan hesabatların elektron formada operativ və daha keyfiyyətli təqdim edilməsini, kağız daşıyıcılardan istifadənin ləğv olunmasını, hesabatların tərtibi zamanı yol verilən səhvlərin və nöqsanların müəyyən edilməsini, həmçinin hesabatların sığorta nəzarəti orqanı tərəfindən daha mükəmməl və dəqiq təhlil edilməsini, sığortaçıları onların maliyyə sabitliyi və ödəmə qabiliyyətində mövcud olan təhlükə barədə vaxtında xəbərdar edilməsini və qabaqlayıcı tədbirlərin görülməsini təmin edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR