Ötən ay ABŞ büdcəsinin kəsiri 80 mlrd. dollar təşkil edib

Ötən ay ABŞ büdcəsinin kəsiri 80 mlrd. dollar təşkil edib
# 13 yanvar 2011 07:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ federal büdcəsinin kəsiri ötən ilin dekabr ayında 80 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Analitiklər büdcə kəsirini 82 mlrd. dollar həcmində proqnozlaşdırmışdılar. 2009-cu ildə bu göstərici 91 mlrd. dollar olub. ABŞ büdcəsinin kəsiri artıq 27-ci aydır fiksə olunur.

2010-cu ilin dekabrında ABŞ büdcəsinin xərcləri 317 mlrd. dollar (bir il əvvəl 310 mlrd. dollar), büdcəyə daxilolmalar isə 237 mlrd. dollar (bir il əvvəl 219 mlrd. dollar) təşkil edib.

1 oktyabr 2011-ci ildə başlayan 2010-2011-ci maliyyə ilinin ilk iki ayında ABŞ büdcəsinin kəsiri 291 mlrd. dollar (bir il əvvəl 297 mlrd. dollar) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR