Azərbaycanda bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 82% təşkil edir

Azərbaycanda bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 82% təşkil edir
# 13 yanvar 2011 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivlərinin ÜDM-ə nisbəti 2010-cu il dekabr ayının 1-nə 34,7% təşkil edib. «APA-Economics» xəbər verdiyi kimi, ötən ilin əvvəlindən bu göstərici dəyişməz qalıb.

Eyni zamanda, dünya ölkələri, o cümlədən inkişafda olan ölkələrlə müqayisədə Azərbaycanda həmin göstərici aşağı səviyyədədir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bank aktivlərinin ÜDM-ə nisbəti 100%-dən çoxdur, bəzi ölkələrdə (Böyük Britaniya, Fransa, Almaniya) bank aktivləri ÜDM-i 2-3 dəfə üstələyir. İnkişafda olan ölkələrdə isə aktivlərin ÜDM-ə nisbəti 55-60% və daha çox olur.

Lakin obyektivliyi və iqtisadi qanunauyğunluğu nəzərə almaq məqsədilə Azərbaycanın müxtəlif maliyyə göstəriciləri, o cümlədən bank aktivlərini ümumi ÜDM-ə deyil, qeyri-neft ÜDM-i ilə əlaqələndirmək daha düzgündür. Qeyd edək ki, ölkənin neft sektoru bank sisteminin aktivlərinin formalaşmasında praktiki olaraq iştirak etmir. Beləliklə, bank aktivlərin ölkənin 11-aylıq qeyri-neft ÜDM-ə olan nisbəti 82%-ə çatır ki, bu da bir sıra aparıcı ölkələrlə müqayisə olunan bir göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR