«Access Bank» yeni regional filial açmağı planlaşdırır

«Access Bank» yeni regional filial açmağı planlaşdırır
# 13 yanvar 2011 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC bu ilin fevral ayında İmişli rayonunda filialını istifadəyə vermək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın Marketinq Departamentinin direktoru Aleksandr Pekşev bildirib.

A.Pekşevin sözlərinə görə, hazırda bankın işçi qrupu tərəfindən filialın təsis sənədlərinin hazırlanması istiqamətində müvafiq işlər görülür. Sənədlər tam hazır olduqdan sonra Azərbaycan Mərkəzi Bankına təqdim ediləcək.

Qeyd edək ki, hazırda bankın filiallarının ümumi sayı 25-dir.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR