Gələn həftə Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlanacaq

Gələn həftə Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlanacaq
# 13 yanvar 2011 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 17-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca ilkin olaraq 10 mln. manat həcmində istiqraz çıxarılacaq. Yerləşdirmənin başlanma tarixində istiqrazların satış qiyməti istiqrazın nominal dəyərinin 100%-ni, yəni 1 000 manat təşkil edir.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2017-ci ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti ötən ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat və 75 mln. manat faizli adlı sənədsiz təmin edilməmiş məbləğində ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya uğurla yerləşdirilib. Göründüyü kimi, yeni – 3-cü istiqraz emissiyasının buraxılışı təmin edilmiş olub, bu da ölkənin fond bazarında yeni alətin çıxması deməkdir. Hazırda Azərbaycan qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları (təmin olunmamış), korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR