Çində nağd pul çatışmır

Çində nağd pul çatışmır
# 13 yanvar 2011 14:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Son vaxtlar Çində nağd yuan çatışmazlığı hiss olunur və nəticədə bazarda saxta pul kütləsi artmaqdadır.

«APA-Economics»in məlumatına görə, bu barədə Çin Xalq Bankının (ÇXB) sədr müavini Ma Delun bildirib.

M.Delun deyib ki, hər il ölkədə nağd pula tələbat təqribən 20% artır, yeni pulların çap olunması sahəsindəki istehsal gücləri isə bu tələbatı ödəyə bilmir. Beləliklə, ÇXB həm yeni pulların buraxılması, həm də bazara saxta pulların daxil olması ilə bağlı təzyiq altındadır.

Sədr müavini bildirib ki, 2010-cu ilin sonuna olan vəziyyətə görə, ölkədə dövriyyədə 4,23 trln. nağd yuan var ($640,9 mlrd.) ki, bu da 2005-ci ildəkindən 80% artıqdır.

Qeyd edək ki, Çin yeni pul əsginaslarının çapı ilə bağlı göstəricilərə əsasən dünyada birinci yeri tutur. Ölkədə yeni pulların istehsalı ilə 6 müəssisə və 30 min nəfər məşğul olur. Bununla yanaşı, nağd pula tələbatın artması ilə müqayisədə bu sahənin inkişafı zəifdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR