ABŞ-ın ticarət balansının kəsiri azalıb

ABŞ-ın ticarət balansının kəsiri azalıb
# 14 yanvar 2011 07:11 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən ilin noyabr ayında ABŞ-ın ticarət balansının mənfi saldosu aylıq müqayisədə 100 mln. dollar azalaraq 38,3 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Maliyyə Nazirliyi açıqlama yayıb.

Oktyabr ayı ilə müqayisədə ABŞ-ın mal və xidmətlərinin ixracı 1,2 mlrd. dollar, ölkəyə idxal isə 1,1 mlrd. dollar artıb.

Qeyd edək ki, analitiklər ABŞ-ın ticarət balansının kəsirinin 41 mlrd. dollar olacağını proqnozlaşdırmışdılar. Əsas göstərici olan ABŞ-ın Çinlə ticarət kəsiri də dəyişməz qalıb. Noyabr ayında idxal və ixrac arasındakı fərq 0,1 mlrd. dollar artaraq 25,6 mlrd. dollar təşkil edib. amerikalılar daha çox Çində istehsal olunmuş kompyuterlər almağa başlayıblar. Öz növbəsində çinlilərin ABŞ mallarına tələbatı rekord səviyyədə artıb ki, bu da balansı təmin etməyə imkan verib.

Son aylar ABŞ-ın ticarət kəsirinin saxlanması daha çox ixraca müsbət təsir edən zəif dollar sayəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR