Azərbaycan sığorta bazarı ötən il 5% azalıb

Azərbaycan sığorta bazarı ötən il 5% azalıb
# 14 yanvar 2011 08:10 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 1,4% artaraq 53,83 mln. manata çatıb.

Hesabat ilində həyat sığortası üzrə daxilolmaların həcmi 62,4% artaraq 1,457 mln. manat, qeyri-həyat sığortası növləri üzrə 7,5% azalaraq 122,846 mln. manat, icbari sığorta növləri üzrə isə 5,6% artaraq 31,283 mln. manat təşkil edib.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 0,333 mln. manat (24,8% azalma), qeyri-həyat sığortası üzrə 44,937 mln. manat (5,8% artım), icbari sığorta növləri üzrə isə 8,560 mln. manat (15,7% azalıb) həcmində ödəniş aparılıb.

Məcmu daxilolmaların strukturunda ən çox haqq «Avtonəqliyyat vasitələrinin sığortası» (36,477 mln. manat), «Tibbi sığorta» (23,332 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (22,726 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (14,613 mln. manat) və «Yüklərin sığortası» (10,828 mln. manat) növləri üzrə toplanılıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 23,4%, 15%, 14,6%, 9,4% və 6,7% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (16,812 mln. manat və ya 31,23%), «Avtonəqliyyat vasitələrinin sığortası» (14,856 mln. manat və ya 27,60%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,802 mln. manat və ya 12,63% ) və «Hava nəqliyyatı vasitələrinin sığortası» (4,174 mln. manat və ya 7,75%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR