«Azərbaycan Dəmir Yolları» nizamnamə kapitalını formalaşdırır

«Azərbaycan Dəmir Yolları» nizamnamə kapitalını formalaşdırır
# 14 yanvar 2011 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) səhmləri 100% dövlətə məxsus olan «Azərbaycan Dəmir Yolları» QSC-nin adi sənədsiz adlı səhmlərinin ilkin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 299,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 599 mln. manat təşkil edir.

Qeyd edək ki, səhmlərin emissiyası beynəlxalq təşkilatların Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin səhmdar cəmiyyətə çevrilməsi tövsiyələri əsasında həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR