Çin lideri: “Dolların hakimliyi keçmişdə qalıb”

Çin lideri: “Dolların hakimliyi keçmişdə qalıb”
# 17 yanvar 2011 08:23 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Xalq Respublikasının sədri Xu Tszintao ABŞ-a bu həftə baş tutacaq səfəri ərəfəsində iddialı bəyanatla çıxış edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, X.Tszintao ABŞ mətbuatına müsahibəsində bildirib ki, dolların dominantlıq etdiyi beynəlxalq valyuta sistemi artıq keçmişin təzahürüdür.

Onun sözlərinə görə, Çin yuanı beynəlxalq valyutaya çevirmək üçün tədbirlər görür: “Hərçənd bu, bir qədər vaxt aparan proses olacaq”.

Çin lideri iqtisadiyyata milyardlarla dollar vəsaitin yönəldilməsi siyasətinə görə də ABŞ-ı kəskin tənqid edib.

Qeyd edək ki, X.Tszintaonun Vaşinqtona səfəri yanvarın 18-də başlayacaq. Səfər çərçivəsində bir çox siyasi (ABŞ-Çin münasibətləri, Şimali Koreya və İran problemləri) və iqtisadi (qlobal böhran, avrozonadakı krizis, yuanın revalvasiyası) məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR