«Kapital Bank» yeni xidmət tətbiq edib

«Kapital Bank» yeni xidmət tətbiq edib
# 17 yanvar 2011 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «İnternet Bankçılıq» xidmətini tətbiq edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət müştərilərə «Kapital Bank»dakı hesablarını dünyanın hər bir yerindən, internetə çıxışı olan istənilən kompüter vasitəsilə, sutkanın 24 saatı ərzində izləmək və idarə etmək imkanı yaradır.

«İnternet Bankçılıq» xidmətindən faydalanmaqla müştərilər öz hesabları üzrə qalıqları yoxlaya, istənilən müddət üzrə hesaba dair çıxarışlar əldə edə, elektrik enerjisindən istifadə haqlarını, beynəlxalq rabitə borclarını, mobil telefondan istifadəyə görə («Azercell», «Bakcell», «Azerfon») abunə haqlarını ödəyə, kartdan karta pul köçürmələrini həyata keçirə bilərlər.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR