«Muğan Bank» xaricdən yeni kredit cəlb edib

«Muğan Bank» xaricdən yeni kredit cəlb edib
# 17 yanvar 2011 09:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC ABŞ-ın «WorldBusiness Capital Inc.» (WBC) investisiya fondu ilə 10 mln. dollar həcmində kredit sazişi imzalayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müddəti 10 il olan bu kredit Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Bankdan həmçinin bildirilib ki, WBC-nin krediti «Muğan Bank»a kiçik və orta sahibkarlığın fasiləsiz kreditləşdirməsinə imkan verəcək və bu, yerli sahibkarların kreditlərə olan yüksək tələbatını təmin etməklə bankın strategiyasının əsas elementidir.

Təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabrın 1-nə bankın aktivlərinin həcmi 193,195 mln. manat, depozit portfeli 76,244 mln. manat, kredit portfeli 128,491 mln. manat, məcmu kapitalı 25,042 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR