Azərbaycanın icmal büdcəsinin profisiti ötən il proqnozdan 5 dəfə artıq olub

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin icmal büdcəsi 1,2 mlrd. manat profisitlə proqnozlaşsa da, faktiki olaraq 5,8 mlrd. manat profisit olub.
Dövlət büdcəsinin mədaxili 11,4 mlrd. manat və ya 99,1%, 2009-cu illə müqayisədə isə 1,1 mlrd. manat və ya 10,4% çox icra edilib.
Hesabat ilində dövlət büdcəsinin xərcləri 11,8 mlrd. manat və ya 95,9%, 2009-cu illə müqayisədə isə 1,3 mlrd. manat və ya 12% çox olub.
Ötən il 2009-cu ilə nisbətən dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6%-dək çox vəsait yönəldilib.
Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 mlrd. manatı və ya 31,5%-i sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilib ki, bu da 2009-cu illə müqayisədə 120 mln. manat və ya 3,3% çoxdur.
Ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsinin cari, əsaslı xərclərindən və ehtiyat fondlarından üst-üstə 2,2 mlrd. manat və ya 2009-cu illə müqayisədə 562 mln. manat və ya 35,5% çox vəsait yönəldilib.
Bunula yanaşı, 2010-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri 4,1 mlrd. manat icra olunub ki, bu da 2009-cu illə müqayisədə 600 mln. manat və ya 16,3% çoxdur.
Bu mənbədən sosial təyinatlı layihələrə 508 mln. manat, infrastruktur təyinatlı layihələrə 1,9 mlrd. manat, müdafiə və digər təyinatlı layihələrə isə 1,7 mlrd. manat vəsait sərf edilib.
Hesabat dövründə Prezidentin Ehtiyat Fondundan məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisinə, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin təmin edilməsinə, Ağcəbədi, Beyləqan, İmişli, Saatlı, Ağdaş rayonlarında və Şəki şəhərində yeni xəstəxanaların, Bakı Sağlamlıq Mərkəzinin tikintisinə, Ağcabədi, İmişli, Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulmasına, KİV-ə maliyyə yardımı və mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikintisinə və yardıma və digər dövlət əhəmiyyətli tədbirlərə 159,5 mln. manat vəsait yönəldilib.
Bundan başqa, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrasına 2010-cu il dövlət büdcəsindən 106 mln. manat vəsait yönəldilib, Dövlət Taxıl Fonduna tədarük edilməsi üçün idxal olunan taxıl və taxıl emalı məhsulları əlavə dəyər vergisindən azad edilib.
Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 44 mln. manat vəsait yönəldilib.
Ötən dövlət büdcəsindən «Aqrolizinq» SC-yə 40 mln. manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 mln. manat vəsait ayrılıb.
Büdcə və maliyyə sektorlarında şəffaflığın artırılması və səmərəliliyin daha da yüksəlməsi beynəlxalq maliyyə institutları və ekspertləri tərəfindən müsbət qiymətləndirilib.
Hesabat ilində «Standard & Poors» reytinq agentliyi Azərbaycanın reytinqini dəyişməyərək 2009-cu ilin səviyyəsində saxlayıb, «Fitch» agentliyi iqtisadi perspektivi «stabil» saxlayaraq, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kreditlər üçün reytinqini «BB+» səviyyəsindən ilk investisiya səviyyəsinə, yəni «BBB–» səviyyəsinə qaldırıb.
Dövlət büdcəsi prosesinin şəffaflığının səviyyəsi ilə bağlı 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının hesabatında isə Azərbaycanın büdcə sahəsində həyata keçirdiyi islahatlar və məqsədyönlü tədbirlər müsbət qiymətləndirilərək 100 ballıq şkala üzrə ölkəmizin göstəricisi 6 bal artırılaraq 43 bala çatdırılıb.
Maliyyə
Xəbər Lenti
Pentaqon pilotsuz uçuş aparatları sahəsində Rusiya və Çini geridə qoymaq niyyətindədir
Avropa İttifaqına qanunsuz miqrant axını azalıb
Lula da Silva: Braziliya ABŞ-ın əvəzinə yeni ticarət tərəfdaşları tapacaq
Ermənistan İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edir
Naxçıvanda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO
Netanyahu: İsrail Qəzza ilə bağlı diplomatik həllə razıdır, amma güc tətbiqinə də hazırdır
Goranboyda yük və minik avtomobilləri toqquşub
Dövlət Departamenti: ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir
Ukrayna Aİ-dən 2,3 milyard avro maliyyə dəstəyi alacaq
Britaniya və Fransa qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı pilot layihə icra edəcək
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
Göygöldə eyni anda iki yol qəzası baş verib, xəsarət alanlar var
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə veriblər - FOTO
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Serbiya Ukraynanın bərpasına dəstək verməyə hazır olduğunu bəyan edib
Rubio: Ukraynaya silah tədarükü razılaşdırılmış qrafik üzrə davam edir
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib
Naxçıvanda yük və sərnişin daşıma artıb
Naxçıvanda əhalinin sayı açıqlanıb
İsrail müdafiə naziri: Əgər təhdid olarsa, İranı yenidən vuracağıq
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib - FOTO
Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
DİN: Peşəkar kadr potensialının formalaşdırılması strateji prioritetlərdəndir
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
Kansler: Almaniya ABŞ-dan "Patriot"ları alaraq Ukraynaya göndərməyə hazırdır
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib - FOTO
Belarus səyyah: Qarabağ Azərbaycan və beynəlxalq turizm üçün çox сəlbedici regiondur
Dünya səyyahları Ağdam şəhərinə səfər ediblər - FOTO - YENİLƏNİB
Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib
Dövlət Departamenti ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifi məsələsinə münasibət bildirib
İrəvan Hərbi Polis rəisinin müavini külli miqdarda rüşvət aldığı üçün tutulub
Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edilib - FOTO
Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verilib
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşüb
Əbu-Dabi görüşü: Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir - TƏHLİL
Əcnəbi səyyahlar Çörək muzeyinin qalıqları ilə tanış olub, Ağdam Cümə məscidinə baş çəkiblər - FOTO
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib
Yevgeniya Qutsulun həbs müddəti daha 30 gün uzadılıb
Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb
Rusiya ordusunun Kiyevə hücumu zamanı kamikadze dron Azərbaycan səfirliyinin yaxınlığına düşüb