Almaniya Joze Manuel Barrozunu avrozonada böhranı dərinləşdirməkdə ittiham edib

Almaniya Joze Manuel Barrozunu avrozonada böhranı dərinləşdirməkdə ittiham edib
# 17 yanvar 2011 14:11 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın maliyyə naziri Volfhanq Şoyble Avropa İttifaqının prezidenti Joze Manuel Barrozunu avrozonada böhranı dərinləşdirməkdə ittiham edib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, nazir bildirib ki, J.M.Barrozunun Avropa İttifaqı ölkələri üçün Anti-Böhran Fondunun genişləndirilməsi təklifi avrozonada böhranın dərinləşməsinə xidmət edir.

Onun sözlərinə görə, borc böhranından çıxmaq üçün irəli sürülən təkliflər avrozonadakı vəziyyəti daha da gərginləşdirir: “Avropaya yalnız tədbirlər kompleksi kömək edə bilər”.

V.Şoyble qeyd edib ki, qısamüddətli perspektivdə Anti-Böhran Fondunun genişləndirilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, Anti-Böhran Fondu ötən il defolt həddinə çatmış Yunanıstanı xilas etmək üçün Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu tərəfindən yaradılıb. İlin sonunda İrlandiya, İspaniya və Portuqaliya da Yunanıstanın aqibəti ilə üzləşib. Fondun vəsaitlərinin həcmi 750 mlrd. avro təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR