«Azər-Türk Bank» ötən il istehlak kreditləşməsini 17% artırıb

«Azər-Türk Bank» ötən il istehlak kreditləşməsini 17% artırıb
# 18 yanvar 2011 07:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 61,329 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 7,01% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 3,04% artaraq 30,142 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 16,6% artaraq 12,237 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 11% azalaraq 31,758 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 14,709 mln. manat, müddətli depozitlər 10,287 mln. manat, tələb olunanadək depozitlər isə 4,422 mln. manat olub.

Tədqiqat ilində bankın məcmu kapitalı 0,9% artaraq 12,151 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən 10% artaraq 10,991 mln. manat təşkil edib.

Qeyd edək ki, 2010-cu il ərzində bankın cəmi gəlirləri 1,03% artaraq 7,640 mln. manat, xərcləri isə 13,85% ataraq 6,520 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2009-cu ilə nisbətən 38,96% azalaraq 1,120 mln. manat təşkil edib. Bu dövrdə bank tərəfindən əlavə 1 filial açılıb, həmçinin 3 bankomat və 1 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 22 POS-terminalı fəaliyyət göstərir. Cari il yanvar ayının 1-nə bankın 18 780 müştərisi, 1 810 aktiv plastik kartı və 120 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR