Ötən il Çin iqtisadiyyatına 105 mlrd. dollardan çox xarici investisiya qoyulub

Ötən il Çin iqtisadiyyatına 105 mlrd. dollardan çox xarici investisiya qoyulub
# 18 yanvar 2011 08:38 (UTC +04:00)
Bakı - APA-Economics. Çinə birbaşa xarici investisiyaların həcmi ötən il 17,4% artaraq 105,74 mlrd. dollara çatıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Kommersiya Nazirliyi açıqlama yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Yao Tszyan bildirib ki, təkcə 2010-cu ilin dekabr ayında xarici investisiyaların həcmi 14,03 mlrd. dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 15,6% çoxdur. Noyabr ayında isə xarici investisiyaların həcmi 9,704 mlrd. dollar (+38,17%) olub.

Ekspertlərin proqnozlarına görə, 2011-ci ildə Çin iqtisadiyyatına xarici kapitalın axını zəifləyə bilər. Bununla belə, cari ilin göstəricisi 2010-cu ilin göstəricisini 10% üstələyəcək.

Qeyd edək ki, son beş ildə 2006-2010-cu illərdə Çin iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmi 420 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki beşilliyin (2001-2005) göstəricisindən 1,5 dəfə çoxdur. Hazırda Çin xarici investisiyaların həcminə görə dünyada ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR