Gələn ay «Bakı Sığorta»nın səhmdarlarının toplantısı keçiriləcək

Gələn ay «Bakı Sığorta»nın səhmdarlarının toplantısı keçiriləcək
# 18 yanvar 2011 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il fevral ayının 28-də Azərbaycanın «Bakı Sığorta» şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən şirkətin 2010-cu ilin yekunları üzrə hesabatı müzakirə ediləcək.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 2,59 mln. manat, ödənişləri isə 1,18 mln. manat təşkil edib. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR