Azərbaycanda RSI indeksi kəskin artıb

Azərbaycanda RSI indeksi kəskin artıb
# 18 yanvar 2011 11:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin dekabr ayı üzrə 141% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks noyabr ayında 97,1%, oktyabr ayında isə 103,1%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin dekabr ayında ümumi pərakəndə dövriyyəsi 1 666,4 mln. manat, noyabrda 1 182,3 mln. manat, oktyabrda 1 217,6 mln. manat, sentyabrda 1 181,5 mln. manat, avqustda 1 104,2 mln. manat, iyulda 1 089,4 mln. manat, iyunda 1 085,9 mln. manat, mayda 1 074 mln. manat, apreldə 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

RSI indeksinin bu dərəcədə kəskin artması ilk növbədə mövsümi amillərlə bağlı olub ki, xüsusən də Yeni İl qabağı pərakəndə ticarətin kəskin artması müşahidə olunub. Nəticədə, dekabr ayında pərakəndə ticarət dövriyyəsi digər aylıq göstəricilərdən xeyli yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR