Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlər ötən il 3,5 dəfə artıb

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlər ötən il 3,5 dəfə artıb
# 18 yanvar 2011 12:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 2010-cu ildə ümumilikdə 257 045 müraciət daxil olub ki, bu da 2009-cu ilin yekunlarına nisbətən 3,45 dəfə çoxdur.

Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində ölkə bankları onlara kredit üçün müraciət edən müştərilərin kredit tarixçələrini dəqiqləşdirmək üçün Reyestrə 219 269 dəfə müraciət edib. Müqayisə üçün bildirək ki, 2005-ci ildə Reyestrə cəmi 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 160, 2009-cu ildə isə 74 393 sorğu daxil olub. Hesabat dövründə öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə 298 şəxs (2009-cu ildə 138 olub) müraciət edib. Ötən il yanvarın 1-ə olan məlumata görə, MKR-də 962 546 borcalanın 1 883 260 krediti haqqında məlumat toplanıb.

Qeyd edək ki, 2010-cu ildə Reyestrdə 258 571 yeni borcalan, 560 736 yeni kredit məlumatı qeydə alınıb. Bundan başqa, MKR-də başqalarının kredit götürməsində zəmanət vermiş 434 593 zamin haqda da məlumat toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR