Azərbaycanda ÜDM-in adambaşına həcmi ötən il 3,7% artıb

Azərbaycanda ÜDM-in adambaşına həcmi ötən il 3,7% artıb
# 18 yanvar 2011 12:30 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in hər nəfərə düşən həcmi 4 653,3 manat (5797,8 ABŞ dolları) təşkil edib və 2009-cu ilə nisbətən 3,7% artıb.

İlkin hesablamalara görə, bu dövrdə ölkə rezidentləri tərəfindən cari qiymətlərlə 59,8 mlrd. manatlıq məhsul və xidmətlər istehsal olunub ki, bu da 2009-cu ildəkindən 7,9 mlrd. manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 18,2 mlrd. manat və ya məhsul və xidmətlər buraxılışının 30,5%-ni təşkil edib.

Keçən il iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 7,9%-lik artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi isə 44,4% təşkil edib. Müvafiq olaraq ÜDM-in 48,5%-i neft-qaz istehsalı və emalı sahələrinin, 7,1%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb.

ÜDM-in strukturunda 65,5% paya malik olan məhsul istehsalı sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 3,8% artıb. Bu dövrdə sənayedə 21,9 mlrd. manatlıq, yaxud ÜDM-in 52,6%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,2 mlrd. manatlıq (müvafiq olaraq 5,4%), tikintidə 3,1 mlrd. manatlıq (7,5%) əlavə dəyər yaradılıb. ÜDM istehsalının 27,4%-i xidmət sahələrinin, o cümlədən 6,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6%-i nəqliyyat və anbar təsərrüfatının, 1%-i mehmanxana və iaşə xidmətləri sahəsinin, 1,9%-i informasiya və rabitə xidmətlərinin, 11,9%-i isə sosial və digər xidmət sahələrinin payına düşüb.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan hökuməti ölkədə ÜDM-in artım tempinin 3,8%, Beynəlxalq Valyuta Fondu 1,8%, Asiya İnkişaf Bankı isə 3,5% olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR