Azərbaycan əhalisinin bank əmanətləri 27% artıb

Azərbaycan əhalisinin bank əmanətləri 27% artıb
# 18 yanvar 2011 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği 2,9 mlrd. manat təşkil edərək 2009-cu ilin eyni dövrü ilə müqayisədə 27,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 297,4 mln. manatı (45,2%-i) milli, 1,571 mlrd. manatı (54,8%-i) xarici valyuta şəklində banklara qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 42% və 17,4% artıb. Həmin vəsaitlərin 76,7%-i (2,2 mlrd. manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin dekabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,59 manat, 1 avroya 1,06 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80 manat, 2,64 manat və 1,06 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR