Çin xarici dövlətlərə kredit verməkdə Dünya Bankını üstələyib

Çin xarici dövlətlərə kredit verməkdə Dünya Bankını üstələyib
# 18 yanvar 2011 14:30 (UTC +04:00)
Bakı - APA-Economics. Son iki ildə Çin xarici dövlətlərə Dünya Bankından daha çox kredit verib. “APA-Economics”in xəbərinə görə, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin hesablamalarına görə, Çinin iki bankı - “China Development Bank” və “China Export-Import Bank” 2009-2010-cu illərdə xaricə 110 mlrd. dollar borc veriblər.

Dünya Bankının ayırdığı borcların həcmi isə 2008-ci ilin ortalarından 2010-cu ilin ortalarına qədər 100,3 mlrd. dollar təşkil edib.

Borcvermə yarışında üstünlüyün Çin tərəfində olmasının səbəbi Dünya Bankından daha əlverişli şərtlərlə kredit təklif etməsi və nəhəng qızıl ehtiyatına malik olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR