IBM şirkətinin xalis mənfəəti ötən il 14,8 mlrd. dollar təşkil edib

IBM şirkətinin xalis mənfəəti ötən il 14,8 mlrd. dollar təşkil edib
# 19 yanvar 2011 09:56 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın IBM şirkətinin xalis mənfəəti ötən il 14,8 mlrd. dollar təşkil edib ki, bu da 2009-cu ilin göstəricisindən 10,5% çoxdur.

APA-Economics”in xəbərinə görə, şirkətin açıqladığı maliyyə hesabatında bildirilir ki, hesabat dövründə IBM-in mənfəəti 5,1% artaraq 43,8 mlrd. dollardan 46 mlrd. dollara yüksəlib.

Şirkətin bir səhminə ödənilən divident 15,1% artaraq 11,52 dollar olub. Hesabat dövründə IBM-in gəliri 4,3% artaraq 95,8 mlrd. dollardan 99,8 mlrd. dollara çatıb.

Ötən ilin IV rübündə şirkətin xalis mənfəəti 5,3 mlrd. dollar, gəliri isə 29 mlrd. dollar təşkil edib ki, bu da bir il əvvəlki analoji göstəricilərdən müvafiq olaraq 9,2% və 6,6% çoxdur. Bir səhmə ödənilən divident isə 16,4% artaraq 4,18 dollara çatıb.

Qeyd edək ki, IBM (International Business Machines) şirkəti proqram və aparat təminatı istehsalı, eləcə də İT-servis və konsaltinq xidmətləri ilə məşğuldur. Mərkəzi qərargahı ABŞ-ın Nyu-York ştatının Armonk şəhərində yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR