Ötən il Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11% artıb

Ötən il Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11% artıb
# 19 yanvar 2011 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin səviyyəsini 10,8% üstələyərək 4 724,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 56,7%-i hüquqi şəxslərin müəssisələri sayəsində yaranmış və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,6% çoxalaraq 3 680,3 mln. manat olub.

Hesabat ilində hər bir ölkə sakini hər ay orta hesabla 44,1 manatlıq və ya 5,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib. Artımın 3,4 manatı (61,8%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.

Ötən il pullu xidmətlərin 12,9%-ni məişət xidmətləri təşkil edib. Əhaliyə 610,7 mln. manatlıq və ya 8,8% çox məişət xidmətləri göstərilib, xidmətlərin 87,4%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşıb.

Qeyd edək ki, fiziki şəxslərin fəaliyyəti pullu xidmətlərin başqa növləri ilə müqayisədə məişət xidmətləri sahəsində daha fəal inkişaf edib və xidmətlərin 51,1%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR