Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə son bir ildə 41% artıb

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə son bir ildə 41% artıb
# 19 yanvar 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində xarici mənbələrdən Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2 405,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu illə müqayisədə ölkənin əsas kapitalına xarici mənbələrdən yönəldilmiş sərmayənin həcmi 40,9% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2010-cu il ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 2 279,7 mln. manatı (94,8%-i) Böyük Britaniya, ABŞ, Cexiya, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR