AZAL-ın təyyarə parkının yenidən qurulması üçün Mərkəzi Bank tərəfindən «Bank Silkway» ASC-yə uzunmüddətli kredit ayrılıb

AZAL-ın təyyarə parkının yenidən qurulması üçün Mərkəzi Bank tərəfindən «Bank Silkway» ASC-yə uzunmüddətli kredit ayrılıb
# 20 yanvar 2011 08:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə AMB-nin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, «Bank Silkway» ASC vasitəsi ilə «Azərbaycan Hava Yolları» QSC-yə ayrılmış kredit illik 4% dərəcəsi ilə 12 il müddətinə ayrılıb. «Hökumətin sifarişi ilə məqsədli şəkildə ayrılan kreditin başlıca məqsəd ölkənin köhnəlməkdə olan təyyarə parkının yenidən qurulması olub. Bu xüsusilə də Naxçıvan istiqamətində uçan təyyarələr üçün nəzərdə tutulub. Naxçıvan istiqamətində uçan təyyarələr üçün resursları istifadə olunmuş bir park var idi. Hökumətdə aparılan müzakirələr nəticəsində AMB tərəfindən “Azərbaycan Hava Yolları” QSC-yə köməklik edilib”.

E. Rüstəmov qeyd edib ki, AMB tərəfindən ayrılan məqsədli kreditin ümumi həcmi 300 mln. manatdan çoxdur: “Kreditin artıq birinci tranşı, yəni 198 mln. manatı ayrılıb, ikinci tranşın da (102 mln. manatdan çox) ayrılması gözlənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR