Azərbaycan Milli Depozit Mərkəzində istifadə olunmamış özəlləşdirmə çekləri qalıb

Azərbaycan Milli Depozit Mərkəzində istifadə olunmamış özəlləşdirmə çekləri qalıb
# 20 yanvar 2011 09:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qeyd edib ki, MDM çeklərin sərəncamçısı deyil. “Milli Depozit Mərkəzində saxlanılan çeklərin sahibləri var və Mərkəz onları yalnız saxlanc təsisatı kimi özündə saxlayır, istifadə ilə qərarları isə çeklərin sahibləri verir: “Çeklərin sahibləri özəlləşdirmə paylarının istifadəsi barədə məlumatlı idi. Buna baxmayaraq, MDM-də istfiadə olunmamış çeklər hələ də mövcuddur. Onların dövriyyədən çıxmasına baxmayaraq MDM-də çeklər digər qiymətli kağızların qorunub saxlanması proseduru üzrə qorunub saxlanılır».

Qeyd edək ki, son 2 il ərzində MDM-də çeklərin sayı əhəmiyyətli dərəcədə azalıb. Hazırda MDM-də təxminən 600 minədək özəlləşdirmə payı saxlanılır ki, bu da böyük məbləğ sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR