Azərbaycanda «İcbari sığortalar haqqında» qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb

Daha sonra «İcbari sığortalar haqqında» qanun layihəsinə dair müzakirələr aparılıb. Komitə sədri Z.Səmədzadə bildirib ki, Azərbaycanda icbari sığorta sektoru kifayət qədər inkişaf etməyib: «Bu maraqlı və vacib qanundur. Burada vacib məsələlərlə yanaşı problemlər, sual doğuran məqamlar da var».
Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, qanun layihəsi 74 maddədən və iki hissədən ibarətdir. Ümumi hissədə qanunda verilən anlayışlar və onların izahı verilib. Xüsusi hissə fəsillərlə tətbiq olunan sığorta növləri barədədir. Qanunda dörd icbari sığorta növünün - daşınmaz əmlakın icbari sığortası (yanğınlar, partlayışlar, elektrikin qısaqapanmasından baş verən partlayışlar, texniki qəzalar, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qəsdən etdiyi hərəkətlər və s.); nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası; daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası; sərnişinlərin icbari fərdi qəza sığortasının tətbiqi təklif olunur.
«Bu gün nəqliyyat vasitələrinin mülki məsuliyyəti üzrə sığorta məbləği çox aşağıdır və formal xarakter daşıyır. Burada nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı mərkəzi məlumat bazasının yaradılması nəzərdə tutulur. Avropa ölkələrində olduğu kimi sürücü 3-4 il sığorta ödəyir, bu müddətdə qəza törətmirsə, sığorta ödənişləri aşağı salınacaq, əks halda isə artırılacaq», - deyə A.Bayramov vurğulayıb.
Nazir müavini deyib ki, qanun qəbul olunandan sonra sərnişin daşıması ilə (şəhərdaxili və qəsəbədaxili sərnişindaşıma istisna olunmaqla) məşğul olan nəqliyyat vasitələrinin sahibləri daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidir. Nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği 5 min manat təklif edilir.
Qanun layihəsində daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə sığorta məbləğləri də əksini tapıb. Belə ki fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta ödənişi 50 min manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur. Layihədə həmçinin sığorta edənlərin, sığorta olunanların hüquq və vəzifələri, məsuliyyəti və s. əksini tapıb.
Daha sonra millət vəkilləri layihə ilə bağlı öz münasibətlərini bildiriblər. Qanun layihəsi təkliflər nəzərə alınmaqla parlamentin iclasına tövsiyə olunub.
Xəbər Lenti
ABŞ B-2 bombardmançılarını Quam adasına köçürür
KİV: İran İsrailin nüvə obyektinə zərbə endirə bilər
Hacıqabulda baş verən qəza böyük tıxaca səbəb olub - FOTO
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb - YENİLƏNİB
Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında çıxış edib
Sumqayıtda kişi meyiti tapılıb
Tramp və Ərdoğan ABŞ və İran rəsmiləri arasında görüş keçirməyi planlaşdırıb
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb
Husilər yenidən ABŞ-ı hədələyib
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
Cəlilabad rayonunda ölümlə nəticələnən qəza baş verib
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb - FOTO
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib
Nəsrullahın mühafizəçisi Tehranda hava zərbəsində öldürülüb
KİV: İran "Avropa üçlüyü"nün təkliflərini nəzərdən keçirəcək
Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlanıb - MƏHKƏMƏ
Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində bir sıra görüşlər keçirib
Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxunub
Azərbaycan gələn il İƏT sədrliyini təhvil alacaq
Nazir: Ermənistan Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirmir
XİN rəhbəri: İrana qarşı həyata keçirilmiş hərbi əməliyyatlar narahatlıq doğurur
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb - VİDEO
Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb
İyulda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ
Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb - VİDEO
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib
Ərdoğan Araqçini qəbul edib
Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevi təbrik edib
Büdcə zərfinə daxil olan sənədlərin sayı artır
Prezidentin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT sənədi kimi yayılıb
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərinin başa çatmasına dair paylaşım edib
Diplomatik korpus nümayəndələri Ağdamda səfərdə olub - FOTO
Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə qaytarılması mexanizmi formalaşdırılır
İraq dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Büdcə qaydası dəyişir
Sabunçuda marketdə 9 soyuducu yanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcmi və dinamikasına görə renkinqi - May/2025
İsrail hərbi aviasiyası İrana yeni aviazərbələr endirib - YENİLƏNİB - VİDEO
Xətai rayonunda mikroavtobusla avtobus toqquşub
Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda qəbiristanlıqda qətl törətməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub