Gələn həftə Azərbaycan Sığortaçılar Assosiasiyası Direktorlar Şurasının toplantısı keçiriləcək

Gələn həftə Azərbaycan Sığortaçılar Assosiasiyası Direktorlar Şurasının toplantısı keçiriləcək
# 21 yanvar 2011 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il yanvar ayının 28-də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Direktorlar Şurasının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Direktorlar Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda Şura tərəfindən qurumun 2011-ci ilin büdcəsinin təsdiqi və cari il üçün planlar müzakirə ediləcək.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR