Qızıl investisiya aləti kimi heç vaxt bazardan itməyəcək

Qızıl investisiya aləti kimi heç vaxt bazardan itməyəcək
# 22 yanvar 2011 08:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Müxtəlif mənfi proqnozlar reallaşsa və qızılın qiyməti aşağı düşsə də, qızıl investisiya aləti kimi heç vaxt bazardan itməyəcək. APA-nın “k2kapital.com” portalına istinadən verdiyi xəbərə görə, bu fikir Vankuverdə keçirilmiş xam-mal hasilata, neft və qiymətli metallar bazarlarına həsr olunmuş beynəlxalq konfransda səsələndirilib.

“HBSC”nin xammal bazarı analitiki Ceyms Stil çıxışında bildirib ki, qızıl əksər investorların investisiya portfellərində artıq möhkəm yerini tutub. Onun fikrincə, tarix göstərir ki, dünya maliyyə bazarlarında müxtəlif cari və əsaslı səbəblərə görə gərginlik həmişə mövcud olacaq ki, bu şəraitdə məhz qızıl ən təhlükəsiz və etibarlı aktiv kimi qalacaq. C. Stil deyib ki, qızıl kredit risklərə məruz qalmır və ən yüksək likvidliyə malikdir ki, bu səbəbdən onun digər investisiya alətlərinə qarşı üstünlüklər bəllidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR