Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi azalıb
# 24 yanvar 2011 11:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2010-cu ilin dekabr ayı üzrə 102% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, noyabr ayı üzrə bu göstərici 105%, oktyabrda 97,6%, sentyabrda isə 99,1%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin azalması mal qalıqların artım templərinin azalmasını göstərir, onun 100%-dən çox olması isə mal qalığın əvvəlki ayla müqayisədə artımını əks etdirir. Pərakəndə ticarətdə mal ehtiyatlarının artması ilk növbədə pərakəndə ticarətdə zəifləmə göstəricisi kimi qəbul olunur.

Qeyd edək, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə 121 mln. manat, iyulun 1-nə 119,5 mln. manat, avqustun 1-nə 128,2 mln. manat, sentyabrın 1-nə 132,3 mln. manat, oktyabrın 1-nə 131,1 mln. manat, noyabrın 1-nə 128 mln. manat, dekabrın 1-nə 134,4 mln. manat, 2011-ci ilin yanvarın 1-nə isə 137,1 mln. manata bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR