İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb
# 25 yanvar 2011 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 3 679,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi 2009-cu ilə nisbətən 6% çoxalıb. Hesabat ilində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 12 layihənin icrası üçün 423 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR