Ötən il Azərbaycanda vergi yığımları 4% artıb

Ötən il Azərbaycanda vergi yığımları 4% artıb
# 25 yanvar 2011 09:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda məcmu vergi yığımlarının həcmi 2010-cu ildə 4,294 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 160,6 mln. manat və ya 3,9% çoxdur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məcmu vergi yığımlarının 2,717 mln. manatı və ya 63,3%-i qeyri-dövlət sektorunun payına düşüb. Qeyri-dövlət sektorundan vergi daxilolmalarının həcmi isə 2009-cu ilin göstəricisinə nisbətən 324,9 mln. manat və ya 13,6% artıb.

Həmçinin bildirilib ki, ötən il ərzində vergi borclarının həcmi 1,6 mlrd. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR