Arif Vəliyev: «Bu il Azərbaycanda iqtisadi artım və inflyasiya bir qədər yüksələcək»

Arif Vəliyev: «Bu il Azərbaycanda iqtisadi artım və inflyasiya bir qədər yüksələcək»
# 25 yanvar 2011 09:42 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, 2011-ci ildə ölkədə inflyasiyanın 2010-cu ildəkindən bir qədər artıq olacağına baxmayaraq, ötən il olduğu kimi bir rəqəmli səviyyədə qalacağı gözlənilir.

«ÜDM-in artım tempinə gəldikdə isə, 2011-ci ildə bu göstəricinin 2010-cu ilə nisbətən bir qədər də artacağı gözlənilir», - deyə A.Vəliyev bildirib.

Qeyd edək ki, ötən il Azərbaycanda inflyasiya 5,7%, ÜDM-in artım tempi isə 5% təşkil edib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanın 6%, ÜDM-in artım tempinin 1,8%, Asiya İnkişaf Bankı isə müvafiq olaraq 4% və 3,5% olacağını proqnozlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2011-ci ildə Azərbaycan iqtisadiyyatının 3,5% artacağını proqnozlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR