«AtaLeasing»in lizinq portfeli ötən il 8% azalıb

«AtaLeasing»in lizinq portfeli ötən il 8% azalıb
# 25 yanvar 2011 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» ASC-nin lizinq portfelinin həcmi 2011-ci il yanvar ayının 1-nə 3,5 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 7,89% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 24% artaraq 129-a, lizinqə verilən avadanlıqların dəyəri isə 18,93% azalaraq 1,378 mln. manata çatıb.

Qeyd edək ki, ötən il ərzində şirkətin lizinq portfelinin əsasını nəqliyyat, inşaat, ticarət, sənaye istehsalı, yeyinti sənayesi, xidmət sahəsi, yol infrastrukturu və rabitə sektoru təşkil edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR