Azərbaycanda plastik kart qəbul edən təşkilatlara vergi güzəştləri ediləcək

Azərbaycanda plastik kart qəbul edən təşkilatlara vergi güzəştləri ediləcək
# 25 yanvar 2011 12:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov nazirlikdə təşkil olunmuş mətbuat konfransında bildirib.

«İndiyədək görülən işlərə baxmayaraq, hazırda nağdsız hesablaşmaların aparılması, xüsusilə plastik kartlar və POS-terminallar vasitəsilə ticarət və xidmət şəbəkələrində xidimətlərin ödəniş səviyyəsi dövlət rəbərliyini qane etmir», - Deə nazir müavini vurğulayıb.

Qeyd edək ki, bu məsələ prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin nəticələrinə həsr olunmuş iclasda da müzakirə olunub.

N.Əmirov bildirib ki, bununla bağlı verilən tapşırığa uyğun olaraq, aidiyyatı orqanların - Mərkəzi Bank və Vergilər Nazirliyinin nümaynədələrinin iştirakı ilə xüsusi işçi komissiyası yaradılıb. Komissiya beynəlxaq təcrübəni öyrənməklə nağdsız ödəmələrin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, eyni zamanda plastik kartlar vasitəsilə ticarət və xidmət obyektlərində ödəniş səviyyəsinin artırılması üçün stimullaşdırıcı tədbirlər barədə təkliflər hazırlayır.

N.Əmirov layihənin detallarını açıqlamayıb: «Çox əhəmiyyətli və əsaslı təkliflər olacaq. Yaxın vaxtlarda bu təkliflər Prezident Administrasiyasına təqldim ediləcək və bu sahədə əhəmiyyətli irəliləyişlər olacaq».

Nazir müavininin sözlərinə görə, nağdsız ödəmələrin artırılması üçün tətbiq ediləcək stimullaşdırıcı tədbirlər həm vergi ödəyicilərinə, yəni mağaza və ictimai iaşə obyektlərinə, həm də alıcılara - müştərilərə aid ediləcək.

Vergi ödəyiciləri ilə bağlı güzəştlər vergilərə aid olacaq, plastik kart qəbul edən ödəyicilər vergini az ödəyəcəklər: «Pos-teminallardan istifadə etməklə ticarət və ya xidmətini həyata keçirən obyektlər vergi məsələsində əhəmiyyətli üstünlük əldə edəcəklər. Malını kartla satanlar nağd üsulla satanlara nisbətən daha az vergi ödəyəcəklər».

Müştərilərlə bağlı stimullaşdırıcı tədbirlər isə stimullaşdırıcı lotereyalar şəklində həyata keçirilə bilər.

Qeyd edək ki, Vergilər Nazirliyi artıq indiyədək kassa çeklərindən istifadəni artırmaq üçün stimullaşdırıcı lotereya keçirib: «İstəyirik ki, belə lotereya malını elektron kartlar vasitəsilə alan vətəndaşlar arasında da keçirilsin. İndi bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR