«Parabank» ASC «VİP» əmanətini təqdim edib

«Parabank» ASC «VİP» əmanətini təqdim edib
# 26 yanvar 2011 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC yeni bank məhsulu olan «VİP» əmanətini təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «VİP» əmanəti müştərilərə bankda yerləşdirdikləri vəsaitlərini istənilən zaman bir valyutadan digər valyutaya keçirmək imkanı yaradır. Bu zaman həmin dövrədək hesablanmış faizlər qorunub saxlanılır. Əmanətin yerləşdirildiyi zaman müəyyən olunmuş faiz dərəcəsi bir valyutadan digərinə çevirmələr zamanı dəyişilməz olaraq qalır.

«VİP» əmanəti 12, 24, 36, 48, 60 və ya 72 ay müddətinə yerləşdirilə bilər. Əmanətin minimal məbləği 20 min, maksimal məbləği isə 1 mln. manat (dollar, avro) ola bilər. Müştərilər öz seçiminə görə yerləşdirdikləri əmanətin faizlərini hər ay, hər rüb, hər il, müddətin sonunda və hətta 1 ilin faizlərini əvvəlcədən ala bilərlər.

Bundan başqa, bankda bu növ əmanət yerləşdirən müştərilər məbləğindən asılı olaraq «Visa» kartları və onlara əlavə olunmuş üstünlükləri paket şəklində heç bir ödəniş olmadan əldə edəcəklər. Həmçinin, əmanətçilər əmanətin 80%-dək məbləğində kredit əldə edə bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR