«DəmirBank» ötən il aktivlərini 28% artırıb

«DəmirBank» ötən il aktivlərini 28% artırıb
# 26 yanvar 2011 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 340,524 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 28% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın nizamnamə kapitalı 20 mln. manat, məcmu kapitalı isə 48,8 mln. manat olub.

Bu müddət ərzində bank öz ipoteka kreditləşməsi proqramı çərçivəsində maliyyələşdirməni 23,7% artıraraq 246,2 mln. manata çatdırıb. Həmçinin, bankda əhalinin müddətli əmanətlərinin həcmi il ərzində 21% artaraq 85,6 mln. manat təşkil edib.

Bankda «Visa Classic» və «MasterCard Standard» plastik kartlarının aylıq emissiyası 2,5-3 dəfə artıb.

Qeyd edək ki, «DəmirBank» 2010-cu ildə 33,6 mln. ABŞ dolları həcmində beynəlxalq təşkilatlardan vəsait cəlb edib. Bank hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID və digər təşkilatlarla əməkdaşlıq edir.

«DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR