Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin
artım tempi barədə məlumat verilir:
| Lizinq təşkilatları | İllik dinamika (%) |
1 | Ansar Leasing | 16 dəfə |
2 | UniLeasing | 22,83 |
3 | Joint Leasing | 0,73 |
4 | AtaLeasing | - 7,89 |
5 | Nikoil Leasing | - 10,83 |
6 | Texnika Leasing | - 15,11 |
7 | AGLeasing | - 69,47 |
8 | MCB Leasing | - |
9 | Parex Leasing & Factoring | - |
* «MCB Leasing» 2009-cu ilin oktyabr ayında yaradılıb və layihələrin maliyyələşdirilməsinə 2010-cu ilin iyun ayında başlayıb
Cədvəldən göründüyü kimi, ötən il ərzində lizinq xidmətləri bazarında portfel üzrə müsbət dinamika yalnız «AnsarLeasing», «UniLeasing» və «Joint Leasing» şirkətlərində qeydə alınıb. Qalan şirkətlərin lizinq portfelində isə azalmalar müşahidə olunub. Mənfi dinamika maliyyə böhranının təsiri nəticəsində əksər lizinq şirkətləri tərəfindən maliyyələşdirmənin məhdudlaşdırması ilə bağlıdır. Böhranın təsiri nəticəsində 2010-cu il ərzində şirkətlər tərəfindən lizinqə verilən avadanlıqlar, xüsusi təyinatlı texnika və minik avtomobillərinin sayı kəskin azalıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 12-si Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.